"Azərbaycan müharibə gedə-gedə, müharibədən dərhal sonra Vətən müharibəsi iştirakçılarına öz dəstəyini göstərdi. Bunu indiyə kimi hansı dövlət edə bilib?"
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün keçirilən plenar iclasında bildirib.
"Azərbaycan 44 günlük Vətən mübaribəsində sadəcə torpaqlarını işğaldan azad etmədi. Azərbaycan həm də sübut etdi ki, 200 ildir ona ağır basqı göstərənlərin başını necə əzmək olar. Hansı dövlət müharibə bitən kimi iştirakçılara yardım edə bilib? Nəhəng SSRİ dövləti belə, Böyük Vətən müharibəsindən 20 il sonra, yəni 1965-ci ildə müharibə iştirakçılarına kömək etdi. Azərbaycan isə müharibə gedə-gedə, müharibədən dərhal sonra Vətən müharibəsi iştirakçılarına öz dəstəyini göstərdi. YAŞAT Fondunun yaradılması bu dediklərimi sübut edir" - deyə deputat bildirib.
Nuranə Daxilqızı
















