• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İranı darmadağın, tar-mar edə bilərik!" - AÇIQLAMA

CƏMİYYƏT

13 Sentyabr 2021 | 16:53

"İranı darmadağın, tar-mar edə bilərik!" - AÇIQLAMA

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Kafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. Onu da qeyd edək ki, müharibə başa çatdıqdan sonra "məzmunu bilinməyən" yüklər İrandan Rusiyadakı Qarabağ sülhməramlılarının məsuliyyət zonasına çatdırılır. İran yük maşınları Azərbaycan hökumətinin icazəsi olmadan erməni separatçılarının yerləşdiyi ərazini izləməyə davam edir.

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a danışıb:

"İran həmişə erməniləri dəstəkləyib. Bütün işğal olunmuş ərazilərin, evlərin hamısının sökülməsində İranın böyük xidməti var. Onlar gəlib kəndləri, nə qədər hazır kəsilmiş daşlar var idisə onları, evlərin damını hər şeyi 300-500 dollara alıb apardı. Bircə dəfə yadına düşmədi ki, bu müsalman qardaşlarının evləridir. Bu gün də həmin siyasət davam edir. Biz İranın ermənilərin yanında olduğunu qeyd etmişdik, amma, təəssüf ki, bunu qəbul etmək istəməyənlər çoxdur. Onu deyim ki, İranın Azərbaycana təsiri çox böyükdür. Azərbaycanda İranın əməlli başlı 5-ci kalonu var. Onlar Azərbaycanın cənub bölgəsində, Bakıda və digər yerlərdə böyük işlər görürlər. Azərbaycanda öz maraqlarını satan adamlar çoxdur. Bu həm dövlət qurumları, həm də qeyri-dövlət qurumları içərisində var. Yəni İran birmənalı şəkildə Azərbaycanı sevmir, sevməyəcək də. Belə bir şey gözləmək sadəlövhlükdür. Müharibədən sonrakı dövrlərdə də biz zaman-zaman dövlət səviyyəsində İrana öz sözümüzü demədik. Çünki dostluq, qonşuluq münasibətlərimizin pozulmağını istəmədik. Müsəlman dövləti idi, gizli, ya da açıq erməniləri dəstəkləyirdi, bütün bunların fonunda Azərbaycan İrana həddən artıq başqa bir səviyyədə yanaşdı. Azərbaycan çalışdı ki, İran bəzi şeyləri anlasın, amma, təəssüf ki, bizim bütün səylərimiz suya düşdü. Düşməli idi də. Çünki ermənilərin xisləti necədirsə, farsların da xisləti eynidir, buna heç şübhəniz olmasın. Bütün müharibə dövründə bizə müsəlman qardaş deyən İran keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməniləri yanacaqla təmin elədi. Bilirsiniz ki, müharibədə yanacaq təminatı çox mühüm məsələdir. Təəssüf ki, bu gün də bu əməliyyatlar davam edir. Hələ bu azmış kimi, onlara müxtəlif humanitar yardım adı ilə ərzaq gətirirlər. Cənubi Azərbaycanda azərbaycanlılar nə zülmlər çəkirlər, ancaq bu İranın yadına düşmür. Amma Qarabağdakı erməniləri həddindən artıq sevirlər. Bu sevginin nəyə görə olduğunu da bilirik."

"Birincisi, Gorus-Qafan yolu artıq tam olaraq polisin nəzarəti altındadır. Yəqin ki, qısa bir müddət ərzində bu ərazilər nəzarətə keçəcək. Azərbaycan bu prosesi davam etdirməlidir, çünki Daxili İşlər Nazirliyinin həmin ərazidə qurduğu postlarda onlar yoxlanılacaq. Amma mənə elə gəlir ki, DİN-nin postunun yanında Azərbaycan Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti post qoymalıdır. Onların Azərbaycan ərazisinə girməyi beynəlxalq hüquq və qanundur. Onların Azərbaycan ərazisinə girmək üçün icazəsi olmalıdır. Hal hazırda Azərbaycan ərazisi üzərindən yenidən Azərbaycan ərazisinə girmək üçün Azərbaycandan icazə alınmadığına görə yük gömrük bəyannaməsinə baxılmalı, yüklərin hamısı yoxlanılmalıdır. Bunun üçün Gömrük Komitəsinin imkanları da var. Azərbaycan gömrük işçiləri bir post qoyub iki növbəli sistemlə bunu çox rahat həyata keçirə bilər və keçirməlidir də. Hər şeyi prezident etməməlidir, bəs bunlar nədən ötrüdür?!

İkincisi, Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirini məsləhət adı ilə geri çağırmalıdır. Bir dövlət ki bizə qarşı xəyanət edir, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd edir. İran daha nə etməlidir ki, biz bu məsələni belə sakitcə buraxaq. Ona görə də, bu addım atılmalıdır. Verilən notalar boş şeydir. İranın burdakı nümayəndəsini çağırıb bir nota verirlər, elə bil yalvarırlar. Niyə biz İrana yalvarmalıyıq?! əgər biz iradəmizi ortaya qoysaq, İranda yaşayan 40 milyon azərbaycanlının hamısı ayağa qalxacaq. Biz İranı darmadağın, tar-mar edə bilərik. Çünki İran bu 30 il ərzində ancaq Azərbaycana xəyanətlə məşğuldur, başqa heç bir addım atmayıb. Kimlər nə yaltaqlanır, nə deyirsə, öz işidir. Amma axır-əvvəl buna bir dur deməliyik. Nə qədər ki, biz bu işlərə belə qorxa-qorxa, elit səviyyədə yanaşacayıq, vallah axırımız pis qurtaracaq. Bu ənənəyə son vermək lazımdır. Azərbaycan həm rəsmi, həm qeyri-rəsmi şəkildə, bütün kanallar vasitəsilə sözünü deməlidir. Azərbaycanda bu qədər fədailər var, getsinlər Laçın dəhlizində İrandan gələn maşınları atsınlar aşağı. Terrorist dövlətə terrorla cavab vermək lazımdır. Bizim başqa yolumuz yoxdur. Axı bunu hamı görür. Biz nə qədər ki, işlərə bu şəkildə yanaşırıq, bizi saymayacaqlar. Hər şeyi də prezident edə bilməz. Ölkə başçısı bu tip məsələlərə o vaxt qarışır ki, artıq xalq prezidentin yanında olur. Hələ iki-üç siyasi partiya sədrindən başqa danışan yoxdur. Başqa vaxt özlərini Azərbaycanın cəfakeşləri hesab edir, lazım gələndə özlərini müxalifət sayırlar. Niyə bunlar bəyanat verib bütün dünya dövlətlərinə müraciət etmirlər?! Azərbaycan dövləti hamınındır, tək iqtidarın deyil ki! Vətən burda yaşayanlarındır!".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026