• Bakı 19° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İranın “İsraildən kiberhücum” iddiası

CƏMİYYƏT

18 Dekabr 2023 | 13:33

İranın “İsraildən kiberhücum” iddiası

İranda yanacaqdoldurma məntəqələrində istifadə edilən internet sisteminə iddia edilən kiberhücum səbəbiylə bir çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırıldığı açıqlanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İranın dövlət televiziyasına danışan neft nazirinin müavini Cəlil Salari məsələ ilə bağlı məlumat verib.

Salari "Yanacaqdoldurma məntəqələrinin, təxminən, 60%-də problem yaranıb. Bu sahədə istifadə olunan internet sistemini bağladıq. Vətəndaşlarımıza oflayn yanacaq xidməti verilir" deyib.

İran rəsmisi qeyd edib ki, problemin həlli istiqamətində səylər davam edir.

İran Neft Nazirliyi tərəfindən verilən açıqlamada problem həll olunana qədər əhalidən təcili olmadıqca yanacaqdoldurma məntəqələrinə getməmələri istənilib.

İsrail ordusunun radiosu da İsrail hakerlərinin İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil etdiyini açıqlayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR