• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

CƏMİYYƏT

17 Yanvar 2024 | 12:51

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.  
 
 Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək  isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda  yolların buz bağlayacağı ehtimalı var.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026