Hörmüz boğazının bağlanması, İsrail və ABŞ tərəfindən İranın bombalanması ilə neft şoku yenidən gündəmə gəlib.
Bakıvaxtı.az "LeMonde.f"ə istinadən xəbər verir ki, bu gün bazarların açılışında qiymətlər 13% artıb. və Şimal dənizindən çıxarılan Brent markalı xam neftin bir barelinin qiyməti 80 dollara çatıb.
"Bloomberg"in 11 fevralda dərc etdiyi proqnozlara görə, neft qiymətlərinin 100 dolları keçməsinin iqtisadi nəticələri, o cümlədən Çindən sonra dünyanın ikinci ən böyük enerji istehlakçısı olan ABŞ üçün əvvəlki şoklar dövründəkindən daha az ağır olacaq.
Lakin nəticələr münaqişənin miqyasından və müddətindən asılı olacaq. 2025-ci ilin iyun ayında İsrailin İranı bombaladığı on iki gün ərzində bir barel neftin qiyməti 20% artaraq 79 dollara çatıb.
Hörmüz boğazının uzun müddət blokadası halında, ən pis ssenaridə, bir barel neftin qiyməti yanvar ayının əvvəlində 60 dollarla müqayisədə 108 dolları keçə bilər.
Aydın Baxış
Bakı 




