• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

İranla ÇİN-in XİN başçıları görüşdü

DÜNYA

16 Iyul 2025 | 14:00

İranla ÇİN-in XİN başçıları görüşdü

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə çinli həmkarı Vanq Yi ikitərəfli məsələləri və regional hadisələri müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, nazirlər regional və qlobal miqyasda baş vermiş son hadisələri nəzərdən keçirib, ikitərəfli münasibətlərin əsas aspektlərini müzakirə ediblər.

İranın naziri Çinə İsrail və ABŞ-nin İranın ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzünü, eləcə də BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını pisləyən mövqeyinə görə minnətdarlığını bildirib.

Vanq Yi Çinin İranın ərazi bütövlüyünə, suverenliyinə və milli təhlükəsizliyinə qəti dəstəyini təsdiqləyib. O, həmçinin gərginliyin qarşısını almaq üçün ikitərəfli və çoxtərəfli səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR