• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İrəvandan qələbə ilə qayıtmaq vacib idi" - Onur Bulut

İDMAN

26 Mart 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

"İrəvandan qələbə ilə qayıtmaq vacib idi" - Onur Bulut

Türkiyə millisinin üzvü Onur Bulut Avro-2024-ün seçmə mərhələsində Ermənistana qalib gəldikləri matç (2:1) barədə danışıb.

Bakıvaxtı.az  "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi mühüm 3 xal qazandıqlarını deyib:

"Çətin qələbə oldu. Yaxşı oynaya bilmədik, amma 3 xal qazandıq. Bu, seçmə mərhələdə ilk matçımız idi. Ümid edirəm ki, Xorvatiyaya qarşı daha yaxşı oyun sərgiləyərik. Bu çətin səfərdən qələbə ilə qayıtmaq vacib idi. Xorvatiyaya qarşı ən yaxşı şəkilfə oynamağımız lazımdır".

Qeyd edək ki, Türkiyə millisi martın 28-də evdə Xorvatiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR