İtalyan aşpaz Danilo Zanna işdən çıxarılan iki işçisi tərəfindən döyülüb.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, Zanna sosial media hesabından hadisə ilə bağlı açıqlama verib.
Döyülməsi ilə bağlı Danilo sosial media hesabından açıqlama verib: "Yaxşıyam, şükürlər olsun. Menecerimizə hücum idi mən də müdaxilə etməli oldum. Tezliklə sağalacam. Lazım olan şikayətləri polislərə etmışəm. Zəng edən, soruşan, maraqlanan hər kəsə təşəkkür edirəm. Mətbuat mənsublarımızdan da məsələ ilə bağlı həssaslıqlarını əsirgəməmələrini xahiş edirik”,-deyə bildirib.
Qeyd edək ki, ötən gün Sarıyerdəki ticarət mərkəzində restoranı olan italyan aşpaz Danilo iki nəfərin hücumuna məruz qalıb. Hücum anları bir vətəndaş tərəfindən mobil telefonla lentə alınıb.
Xəyalə Rza









_1654774863_1654775003jpg-1692357592.webp)





jpg-1692276006.webp)


