• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İşdən çıxarılan icra başçısı DANIŞDI

CƏMİYYƏT

25 Iyul 2022 | 18:30

İşdən çıxarılan icra başçısı DANIŞDI

Xəbər verdiyimiz kimi, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevin sərəncamına əsasən bu gün vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədov manset.az-a açıqlamasında bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini hər zaman dəstəkləyib və onun sadiq əsgəri olub:

"Bu gün də cənab prezidentin sadiq əsgəriyəm. Vəzifədə olsam da, olmasam da, bu, belədir. Allah cənab Prezidenti qorusun. Məni 19 il - üç dəfə etimad göstərərək, başqa-başqa rayonların icra başçısı təyin edib. Bu, mənim üçün çox böyük etimaddır. Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm.

Bundan sonrakı fəaliyyətimə gəlincə, hazırda istirahətdəyəm. Gözəl güşələrimizdən birində dincəlirəm. Bundan sonra nə məsləhət bilinəcəksə, o da olacaq".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026