İtaliyada şok olay yaşanıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, adı açıqlanmayan 36 yaşlı kişi eyni gündə koronavirus, meymunçiçəyi və HİV-ə yoluxub.
"Journal of Infection" tibb jurnalı xəbər verir kİ, 16-20 iyun tarixləri arasında İspaniyada olan irtaliyalı kişi iyunun 29-da simptomlar hiss etdiyindən. COVID-19 testi vermək qərarına gəlib. Testin nəticəsi pozitiv olan şəxs xəstəxanaya yerləşdirilib. Müayinə zamanı isə onun daha iki xəstəliyə - meymunçiçəyi və HİV-ə yoluxduğu bəlli olub.
Kataniya və Palermo universitetlərinin alimləri bir gtündə meymunçiçəyi, koronavirus və HİV-ə yoluxmanın yeganə görünən hadisə olduğunu bildiriblər.
Aytac Aslan
















