İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğınla mübarizə tədbirləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.
*** 15:22
İsmayıllı rayonunda dağlıq ərazidə meşə yanğını başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri aparılır. (report)
















