İsmayıllı rayonunda velosipedçinin iki həftə əvvəl vurduğu piyada həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhərində qeydə alınıb.
Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini, 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.
Başından xəsarət alan S.Eyyubov yerləşdiyi xəstəxanada dünən həyatını itirib.
Fakt araşdırılır.