• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsmayıllıda vəzifəli şəxs məsuliyyətə cəlb edildi

CƏMİYYƏT

18 Iyul 2023 | 13:08

İsmayıllıda vəzifəli şəxs məsuliyyətə cəlb edildi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qubaxəlilli kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR