• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İspaniya bu əraziyə NASAMS-lar yerləşdirəcək

DÜNYA

03 Iyul 2023 | 12:51

İspaniya bu əraziyə NASAMS-lar yerləşdirəcək

İspaniya 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçiriləcək sammiti ilə əlaqədar Litvaya NASAMS mobil zenit-raket komplekslərini yerləşdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın Litvadakı səfirliyindən BNS-ə bildirilib.

“Biz təsdiq edə bilərik ki, İspaniya NATO-nun Vilnüs sammitinin təhlükəsizliyinə NASAMS-ın hava hücumundan müdafiə sistemlərinin köməyi ilə töhfə verir”, - səfirlikdən bildirilib. Qeyd olunub ki, mobil zenit-raket kompleksləri sammit zamanı Latviyadan müvəqqəti olaraq Litvaya köçürüləcək.

Xatırladaq ki, Almaniya da Vilnüsdə keçiriləcək sammitlə əlaqədar bu ölkəyə Patriot sistemləri yerləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026