• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

SİYASƏT

15 Avqust 2023 | 17:33 | Müəllif: Subhan Mahmudov

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi Azərbaycanın əleyhinə olan paylaşımını silib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən "X" paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026