İspaniyada polis baş nazirin iqamətgahı da daxil olmaqla müəyyən yerləri bombalı məktubla hədəfə aldığı düşünülən şəxsi saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən 74 yaşlı şübhəli İspaniyanın şimalında saxlanılıb və bu həftə məhkəmə qarşısına çıxacaq.
Şübhəlinin İspaniyanın müəyyən yerlərinə, o cümlədən baş nazir Pedro Sançesin rəsmi iqamətgahına, ABŞ və Ukrayna səfirliklərinə 6 bomba göndərdiyi qiymətləndirilir.
Bombaların əksəriyyəti zərərsizləşdirilərkən Ukrayna səfirliyində işləyən bir nəfərin yaralandığı məlum olub.
Milli Məhkəmə bombalı məktub iddialarından sonra terror istintaqı başlatdı.
Ay Tac















