• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İspaniyada daşqınlar nəticəsində azı 250 nəfər itkin düşüb

DÜNYA

01 Noyabr 2024 | 15:21 | Müəllif: Gülşən Şərif

İspaniyada daşqınlar nəticəsində azı 250 nəfər itkin düşüb

İspaniyanın şərqində daşqınlar nəticəsində azı 250 nəfər itkin düşüb.

Bakıvaxtı.az "The Times"a istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin cəsədlərinin çıxarılması üçün axtarış-xilasetmə işləri davam edir. 

Yol infrastrukturuna ciddi ziyan dəydiyi daşqından ən çox Valensiya Muxtar İcması zərər çəkib. 155 qurban Valensiyanın özündə baş verir.  Valensiya şəhərində yüzlərlə avtomobil şosseyə aşıb. Ehtimal olunur ki, avtomobillərin içərisində hələ də insanlar var. 

Axtarış-xilasetmə əməliyyatlarında daha 500 hərbçi iştirak edir.

Yeni yağıntılar səbəbindən Valensiya muxtariyyətinin bir hissəsi narıncı, Huelva bölgəsində isə qırmızı təhlükə elan edilib. 

İspaniya hökuməti güclü yağış və daşqın qurbanlarının xatirəsinə üç günlük rəsmi matəm elan edib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026