• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

DÜNYA

01 Dekabr 2024 | 11:38

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün Norveçdə NATO-nun dəniz desantı təlim mərkəzi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Niderlanddan olan hərbi qulluqçular üçün nəzərdə tutulan təlim bazası ölkənin şimalında yerləşir.

Bildirilib ki, Norveçin özünün dəniz desantı yoxdur, lakin onun xüsusi təyinatlı qüvvələrinin bir hissəsi bu bölgədə yerləşir.

“Böhran və ya müharibə zamanı Norveçi, şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə təlim keçməliyik”, - Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.


SON XƏBƏRLƏR

18 Aprel 2025