• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

DÜNYA

16 Mart 2024 | 19:51 | Müəllif: Subhan Mahmudov

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

İsrailin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea Qətər Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir rəsmiləri ilə martın 17-də Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş Dohada baş tutacaq.

Müzakirələrdə İsrail və HƏMAS arasında atəşkəslə bağlı qalan fikir ayrılıqları, o cümlədən Qəzzaya humanitar yardım müqabilində potensial olaraq azad edilə biləcək israilli girovların və fələstinli məhbusların sayının dəqiqləşdirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, indiyədək HƏMAS tərəfindən oktyabrın 7-də qaçırılan 110 nəfər azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026