• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsrail Baş Qərargahı təsdiqlədi: Cənubda əməliyyatlar...

DÜNYA

21 Aprel 2024 | 22:07 | Müəllif: Subhan Mahmudov

İsrail Baş Qərargahı təsdiqlədi: Cənubda əməliyyatlar...

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində müharibənin davam etdirilməsi planlarını təsdiqləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Halevi Cənub Komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək üçün toplantı keçirib.

Orada Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.

Görüşün nəticələri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026