• Bakı 20° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"İsrail Prezidenti Türkiyəyə səfər edə bilər" - Ərdoğan

DÜNYA

19 Yanvar 2022 | 00:03 | Müəllif: Qalib İbrahimoğlu

"İsrail Prezidenti Türkiyəyə səfər edə bilər" - Ərdoğan

"İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər".

Bakıbaxtı.az report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan İsrail və Türkiyə arasında Şərqi Aralıq dənizində əməkdaşlıqla bağlı diplomatik prosesin davam etdiyini qeyd edib.

"Prezident Hersoqla danışıqlarımız gedir. Cənab Hersoq Türkiyəyə səfər edə bilər. Biz siyasətçilər sülh üçün varıq. Neft sülh üçün bir vasitədirsə, ondan istifadə edəcəyik", - Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, məqsəd müsbət yanaşmalarla bir yerə çatmaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026