• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsraildə karantin yenidən sərtləşdirildi

DÜNYA

08 Avqust 2021 | 17:31 | Müəllif: Subhan Mahmudov

İsraildə karantin yenidən sərtləşdirildi

İsraildə koronavirusa yoluxmaların artması səbəbindən karantin tədbirləri yenidən sərtləşdirilib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə bu gündən etibarən qapalı və ya açıq məkanlarda keçirilən tədbirlərə giriş üçün “yaşıl keçid sistemi”nin tətbiqinə başlanılıb.

Yeni sistemə əsasən, tədbirlərə qatılmaq istəyənlərin vaksin sertifikatı, COVID-19-dan sağaldığını göstərən sənəd və ya son 72 saat ərzində verilmiş mənfi nəticəli PCR testinin cavabı tələb olunur.

Bundan başqa, açıq və ya qapalı məkanlarda 100 nəfərdən çox şəxsin qatıldığı tədbirlərdə maska taxmaq məcburidir.

Nazirliklər isə əməkdaşların 50 faizi ilə işə davam edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026