Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olanların yeni hərbi təlimləri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu qərarı hökumət qəbul edib.
Məlumata görə, bu təlimdə birinci qrup ehtiyatda olanların birinci kateqoriyasında qeydiyyatda alınmış əsgərlər, gizirlər və zabitlər iştirak edəcək.
Lazım gələrsə, hərbi hazırlıq iştirakçıları döyüş növbətçiliyinə cəlb ediləcəklər.
Qeyd edək ki, oxşar təlim-məşq toplanışı Ermənistanda 25 avqustda başlayıb və noyabrın 25-dək davam edəcək.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















