Suriyanın Dəra əyalətində yerləşən 430 nəfərdən ibarət silahlı qrup hökumət qüvvələrinə təslim olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbələr məlumat yayıb.
Bildirilib ki, onlar silahlarını yerə qoyaraq, hökumətin barışıq şərtləri ilə razılaşıblar.
Razılaşmanın sentyabrın 5-də Rusiya tərəfinin vasitəçiliyi ilə əldə edildiyi vurğulanıb.















