Koronavirus hələ də nəzarətdə deyil, pandemiya hələ bitməyib.
Bakıvaxtı.az Le Figaro-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə eksperti Mariya Van Kerhove deyib.
Onun sözlərinə görə, keçən həftə dünyada 3.1 milyon yeni yoluxma və 54.000 koronavirusdan ölümhalı qeydə alınıb. Baxmayaraq ki, real rəqəmlər daha çox ola bilər. Bu o deməkdir ki, dünyada hələ də virusa nəzarət yoxdur.
"Tamamilə bu pandemiyanın episentrindəyik. Ancaq ortasında... hələ bilmirik, çünki açığını deyim ki, sona yaxınlaşmaq üçün indi əlimizdə olan vasitələrdən istifadə etmirik"-deyə, o, bildirib.
Mütəxəssis deyir ki, bəzi şəhərlərdə xəstəxanalar dolub:"İnsanlar ölür, küçələrdə olan insanlar sanki (epidemiya) tamamilə bitmiş kimi davranırlar. Əsasən peyvənd olunmamış insanların ölmək riski var".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















