• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə ilk dəniz taksisi sınaqlara başladı

DÜNYA

07 Sentyabr 2021 | 14:55

Türkiyədə ilk dəniz taksisi sınaqlara başladı

Türkiyənin istehsal etməyə başladığı 50 dəniz taksisindən birincisi artıq suya enib və sınaq səfərlərinə başlayıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul “City Lines”ın Baş direktoru Sinem Dedetaş mətbuata açıqlamasında inşa ediləcək 50 dəniz taksisindən 5-inin elektrikli olacağını bildirib:

“Dəniz taksiləri ictimai nəqliyyatın olmadığı yerlərə gedəcəklər. Dəniz taksilərində qadın dənizçilər də xidmət göstərəcək. Qayıqlarda bir kapitan və bir yağlayıcı olmaqla iki ekipaj üzvü olacaq”.

Qeyd edək ki, bu ilin əvvəllərindən İstanbulun “Haliç” gəmiqayırma zavodunda ilkin olaraq 50 ədəd dəniz taksisinin istehsalına başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR