• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsrailin atəşkəs üçün təklifləri var

DÜNYA

27 Iyul 2024 | 22:51 | Müəllif: Subhan Mahmudov

İsrailin atəşkəs üçün təklifləri var

İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-a təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadla məlumat yayıb.

İsrail rəsmisinin sözlərinə görə, yeni təklifdə Qəzza zolağının cənubundan şimalına silah ötürülməsinin və yaraqlıların keçməsinin qarşısını almaq üçün xarici mexanizmin yaradılmasından bəhs edilir. Bundan əlavə, sazişin birinci mərhələsində İsrail Müdafiə Qüvvələrinin yenidən yerləşdirilməsindən, eləcə də anklav və Misir sərhədində Filadelfiya dəhlizi adlanan ərazidə onların mövqelərinin qorunub saxlanmasından danışılır.

Təklif İsrail, Qətər və Misirin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR