2026-cı ildə İstanbul Formula 1 yürüşlərinin mərhələsinə yenidən ev sahibliyi edə bilər.
Bakıvaxtı.az Azərtac-a istinadla verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Onun sözlərinə görə, Türkiyə meqapolisindəki “İstanbul Park” yürüş trası təşkilatçıların bütün tələblərinə cavab verir.
“Formula 1 mərhələsinin Türkiyədə keçirilməsi ilə bağlı danışıqları sürətli templərlə keçirməyi planlaşdırırıq”, - deyə nazir vurğulayıb.
Sonuncu dəfə Türkiyə Qran-Prisi İstanbulda 2021-ci ilin oktyabrında keçirilib.
“İstanbul Park” trası dünyada ən müasir traslardan biridir, əsas tribuna 25 min yer tutur, ümumi tutum isə 155 min tamaşaçıya çatır.
Türkiyə avtodromu az sayda olan o avtodromlardandır ki, burada yürüşlər saat əqrəbinin əksi istiqamətində aparılır.