• Bakı 25° C

    10.92 m/s

  • USD - 1.7

    EUR - 1.8514

    RUB - 0.0193

Bakı Marşal Klubu yerli marşallar üçün təlimə başladı - FOTOLAR

FORMULA 1

07 May 2024 | 11:09

Bakı Marşal Klubu yerli marşallar üçün təlimə başladı - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu mayın 4-dən etibarən yerli marşalların təliminə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd  yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.

Təlim 13-15 Sentyabr tarixlərində keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.


SON XƏBƏRLƏR