• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

“Formula 1”: Norris Mayami Qran-prisinin qalibi olub

FORMULA 1

06 May 2024 | 09:14

“Formula 1”: Norris Mayami Qran-prisinin qalibi olub

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” üzrə dünya çempionatının altıncı mərhələsinin – Mayami Qran-prisinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, finiş xəttini ikinci “Red Bull”dan niderlandlı Maks Ferstappen keçib. Üçüncü yeri “Ferrari”nin monakolu pilotu Şarl Lekler tutub.

Norris karyerasında ilk dəfə mərhələ qalibi olub. Əvvəllər britaniyalı ikinci yerdən yuxarı qalxmamışdı.

Fərdi göstəricidə isə Ferstappen 136 xalla liderliyini qoruyub. İkinci yeri onun komanda yoldaşı, meksikalı Serxio Peres (101) tutur. Lekler 98 xalla üçüncüdür. Konstruktorlar Kubokunda “Red Bull” (237) liderliyi qoruyursa, “Ferrari” (189) ikinci, “McLaren” (124) üçüncü pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

18 May 2024