• Bakı 15° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

“Formula 1” üzrə dünya çempionu ən yaxşı pilotların adlarını açıqlayıb

FORMULA 1

26 Aprel 2024 | 11:45

“Formula 1” üzrə dünya çempionu ən yaxşı pilotların adlarını açıqlayıb

“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel ən yaxşı pilotların adlarını açıqlayıb.

Bakıvaxtı.az “Marca”ya istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı sürücü Mixael Şumaxer və Luis Hemiltonu tarixin ən yaxşı pilotarı hesab edib.

“Onlar tarixin ən güclüləridir. Bunu mən yox, statistika deyir. Şumaxeri hər zaman özümə kumir görmüşəm. Yarışlarda ən çətin rəqibim isə Fernando Alonso olub. Onunla yarışmaq çox çətindir”, - deyə Fettel vurğulayıb.

Qeyd edək ki, Sebastyan Fettel karyerasını 2022-ci ildə başa vurub. Ümumilikdə, Almaniyalı pilotun hesabında ümumilikdə 53 qələbə var. O, BMW, "Toro Rosso", "Red Bull", "Ferrari" və "Aston Martin" komandalarında çıxış edib.


SON XƏBƏRLƏR