• Bakı 23° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İstanbulun 6 rayonunda nümayişlər qadağan olundu

DÜNYA

07 Sentyabr 2025 | 22:25

İstanbulun 6 rayonunda nümayişlər qadağan olundu

Türkiyənin İstanbul şəhərinin altı rayonunda nümayişlərin keçirilməsi qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, qərar üç gün - sentyabrın 10-a qədər qüvvədə olacaq.

Belə ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin CHP-nin İstanbul üzrə bölməsinə qəyyum təyin edilməsindən sonra partiya mənsubları, o cümlədən vəzifədən çıxarılan Özgür Çelik bu qərarla barışmayacaqlarını bildirib və partiya binası önünə toplaşaraq müqavimət çağırışı edib.

Mümkün provokasiya və qarşıdurmanın önlənməsi məqsədilə çevik qüvvələr müxalif partiya binasının qarşısına yeridilib.

Müxalif partiyanın məhz bu çağırışından sonra İstanbul valiliyi 6 rayonda kütləvi nümayişlərin qadağası ilə bağlı qərar verib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2025
06 Sentyabr 2025