Fələstinin HƏMAS hərəkatı hesab edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması yolunda ciddi maneədir.
Bakıvaxtı.az xəbər verir ki, hərəkatın siyasi bürosunun üzvü Fevzi Bərhuma görə, Netanyahu əvvəllər olduğu kimi, bu dəfə də danışıqları pozmağa cəhd edəcək.
Barhum HƏMAS-ın Qəzzada tam və daimi atəşkəsin yaradılmasında, İsrail qoşunlarının Qəzzadan çıxarılmasında, israilli girovlarının fələstinli məhbuslarla ədalətli şəkildə dəyişdirilməsində, anklavın bərpasında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən ibarətdir. O, digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici administrasiyanın yaradılmasını və orada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini tələb edir. İsrail bu planla razılaşdığını açıqlayıb. Daha sonra HƏMAS Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu açıqlayıb.
İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar oktyabrın 6-da axşam Şarm əl-Şeyxdə bərpa edilib.