Gürcüstanda dağ-xizək kurortunda dəm qazından zəhərlənmə nəticəsində 12 nəfər ölüb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Gürcüstanın ən böyük xizək kurortu olan Qudauridə yerləşən restoranın yuxarı mərtəbəsindəki yataq otağında 1-i Gürcüstan vətəndaşı olmaqla 12 nəfərin meyiti tapılıb.
Bildirilib ki, onlar binada elektrik enerjisinin kəsilməsindən sonra yanacaqla işləyən generatorun işə salınması nəticəsində dəm qazından ölüblər.
Meyitlərin şəxsiyyəti hələlik açıqlanmayıb.
Nuriyyə Musayeva