• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb

DÜNYA

15 Yanvar 2025 | 14:41

Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb

Ermənistan parlamentinin İqtisadi məsələlər üzrə komissiyası Ermənistan və ABŞ hökumətləri arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin ratifikasiyası barədə qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Rafael Gevorqyan bildirib.

Komissiyanın iclası yanvarın 15-də keçirilib.

R.Gevorqyanın sözlərinə görə, saziş çərçivəsində gömrük işi ilə bağlı sahələrdə qarşılıqlı inzibati yardımın göstərilməsi üçün məlumat mübadiləsi protokollarının sadələşdirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR