• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərib

DÜNYA

15 Yanvar 2025 | 14:53

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərib

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının üzvü Məxfirət Xidirzoda bildirib.

Onun sözlərinə görə, ölkədə "Xalq deputatlarının seçkisi - 2025" mobil tətbiqi yaradılıb və fəaliyyət göstərir.

Bundan əlavə, Seçki və Referendum üzrə Mərkəzi Komissiya hələ 2024-cü ilin dekabrında vahid ümumrespublika seçki dairəsi və birmandatlı dairə komissiyaları yaradıb, həmçinin parlament seçkiləri üçün 41 birmandatlı seçki dairəsi formalaşdırıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025