• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsveçrə Ukrayna üçün 60 milyon ayırdı

DÜNYA

08 Iyun 2024 | 16:35 | Müəllif: Gülşən Şərif

İsveçrə Ukrayna üçün 60 milyon ayırdı

 İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək.

“2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir.

Vəsait, həmçinin Ukraynanın müharibədən zərər çəkmiş bölgələrinin, gələcəkdə yenidən qurulması üçün vacib olan regionlarındakı layihələrə də ayrılacaq.

İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR