• Bakı 12° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

İxtisas seçimi başa ÇATDI

CƏMİYYƏT

20 Avqust 2024 | 09:42

İxtisas seçimi başa ÇATDI

I-V ixtisas qrupları üzrə ixtisas seçimi bu gün saat 08:59-da yekunlaşdı.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.


SON XƏBƏRLƏR

02 Aprel 2025