• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kanada bu ölkənin yüksək vəzifəlilərini ölkəyə buraxmayıb

DÜNYA

04 Dekabr 2023 | 21:26

Kanada bu ölkənin yüksək vəzifəlilərini ölkəyə buraxmayıb

Kanada hökuməti İranın onlarla yüksək vəzifəli rəsmisinin ölkəyə girişinin qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanadanın Sərhəd Xidmətləri Agentliyi məlumat yayıb.

Bildirilib ki, İran hökumətinin onlarla yüksək vəzifəli rəsmisinin ölkəyə girişinin qarşısı alınıb. Sözügedən qurum Kanadada yaşayan və İran hökuməti ilə əlaqəsi ola biləcək 141 şəxsin də işinə baxıldığını bildirib.

Qeyd edək ki, 141 nəfərdən 38-nin Kanadadan deportasiya edilməsi və ya Tehranla əməkdaşlıq etmələrinə dair şübhələrin aradan qaldırılması səbəbindən istintaq başladılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024