Yeni müqaviləyə əsasən, Kanada və Çin aviaşirkətlərinə birbaşa sərnişin-yük reyslərinin sayını tədricən artırmağa, həftədə 20-yə qədər yük reysləri həyata keçirməyə və hər bir ölkədəki bütün istiqamətlərə qarşılıqlı çıxış əldə etməyə icazə verilir.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın nəqliyyat naziri Stiven Makkinnon açıqlama verib.
O bildirib ki, Çinlə sərnişin və yük reyslərinin artırılması ticarət şaxələndirmə məqsədlərinə doğru çox müsbət addımdır və hər iki ölkənin xalqları arasında əlaqələri gücləndirəcək:
"Çinə birbaşa hava əlaqəsinin genişləndirilməsi Kanada ixracatçılarının qlobal bazarlara çatmaq üçün gündəlik etibar etdikləri ticarət dəhlizlərini gücləndirir. Bu addım Kanadaya Çinə ixracı 50 faiz artırmaq məqsədinə çatmağa kömək edir, eyni zamanda Kanadanın daxili iqtisadiyyatında uzunmüddətli artıma töhfə verir".
Gülşən Şərif
Bakı 




