• Bakı 24° C

    5.03 m/s

“Karaca” mağazalar şəbəkəsi CƏRİMƏLƏNDİ - SƏBƏB

CƏMİYYƏT

27 Fevral 2023 | 10:35

“Karaca” mağazalar şəbəkəsi CƏRİMƏLƏNDİ - SƏBƏB

Məşhur brend qab-qacaqlarının satışını həyata keçirən “Karaca” mağazalar şəbəkəsini idarə “Evfemiya” MMC cərimələnib. 

Bakıvaxtı.az xəbər verir ki, “Evfemiya” barədə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi əsasında protokol tərtib olunaraq iş Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məcəllənin 447.0.9-cu maddəsində bildirilib ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Qeyd edək ki, “Evfemiya” MMC-nin təsisçisi müxtəlif qalmaqallarda adı hallanan Gəncəli İsmayılovdur. “Evfemiya” adı Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da “Karaca”da satılır.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026