• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Kavelaşvili bu gün Ermənistana gedəcək

DÜNYA

28 Aprel 2025 | 10:50

Kavelaşvili bu gün Ermənistana gedəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.


SON XƏBƏRLƏR