• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

CƏMİYYƏT

12 Oktyabr 2024 | 18:16 | Müəllif: Subhan Mahmudov

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.

“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026