Gəncə şəhərində keçmiş məhkumdan heroin götürülüb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Nuruyev şübhəli şəxs qismində saxlanılıb.
Ondan 258 qramdan artıq heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
















