• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Keçmiş məhkum silahla saxlanıldı

HADİSƏ

04 Dekabr 2023 | 14:09

Keçmiş məhkum silahla saxlanıldı

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Şöbəsinə (PŞ) daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şəki şəhər sakini Yaşar Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, onun üzərinə baxış zamanı 1 ədəd “Mararov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Y.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 28-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir nəticəsində isə paytaxt sakini olan daha bir nəfər Yasamal RPİ 28-ci PŞ-yə müraciət edərək tikinti işləri görən zaman tapdığı 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd sandıqca və 25 ədəd patronu könüllü olaraq təqdim etmək istədiyini bildirib. Silah-sursat həmin şəxsdən götürülüb. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024