• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kəlbəcərdə döyüş növbətçiliyi yüksək səviyyədədir - MN (VİDEO)

CƏMİYYƏT

18 Aprel 2022 | 17:55

Kəlbəcərdə döyüş növbətçiliyi yüksək səviyyədədir - MN (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilib.

Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026