• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Kimyaterapiyalara bədən dözmür..." - Toppuş bacı

MƏDƏNİYYƏT

20 Sentyabr 2022 | 21:14 | Müəllif: Subhan Mahmudov

"Kimyaterapiyalara bədən dözmür..." - Toppuş bacı

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhətindəki son vəziyyət haqqında danışıb.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, Toppuş bacı kimyaterapiyalarının davam etdiyini deyib:

"Kimyaterapiyalar davam edir. Həftəlik və 21 gündən bir fərqli iki kimyaterapiya qəbul edirəm. Sabah yenə xəstəxanaya gedəcəm. Səhhətimə gəlincə, buna da şükür. Bəzən kimyaterapiyalara bədən dözmür, amma yenə də şükür edirik. Ümidlə irəli gedirik".

Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026