• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bolqarıstan “Avroviziya”da iştirak etməyəcək

MƏDƏNİYYƏT

20 Oktyabr 2022 | 01:19 | Müəllif: Subhan Mahmudov

Bolqarıstan “Avroviziya”da iştirak etməyəcək

Bolqarıstan Milli Televiziyası maliyyə çatışmazlığı səbəbindən “Avroviziya” Mahnı Müsabiqəsində iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərarı teleşirkətin direktorlar şurası verib.

Qeyd olunur ki, mahnı müsabiqəsində iştirakçıların sayı azaldığından onun təşkilatçıları təxminən 5,6 milyon dollar olan iştirak haqqını proporsional olaraq artırıb, teleşirkətin büdcəsini isə əksinə, azaldılıb.

Qeyd edək ki, bu ilin may ayında İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” Mahnı Müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orkestri “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, növbəti müsabiqəni əvvəlki yarışda qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin Avropa Yayım Birliyi iştirakçıların təhlükəsizliyinin təmin edilməsində yaranan çətinliklər səbəbindən müsabiqənin Ukraynada keçirilə bilməyəcəyini bildirib. Tədbirin bu il ikinci yeri tutan İngiltərənin Liverpul şəhərində keçirmək qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR