ABŞ-nin Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın (Robin Riaanna Fenti) Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilərək saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Mənbə avtomobildə olan qadının müğənninin malikanəsinə təxminən 10 atəş açdığını bildirib. Güllələr evin divarına dəyib.
Atəş zamanı Rihannanın binada olduğu deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hücumun səbəbi hələ açıqlanmır.
Bakı 





