Gürcüstanın baş naziri İrakli Kobaxidze ilk regional səfərini Azərbaycana edəcək.
Bakıvaxtı.az gürcü KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Gürcüstanın baş naziri Bakıda bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək və Gürcüstan-Azərbaycan münasibətlərini müzakirə edəcək.
Ötən ay o, ilk xarici səfərini Brüsselə edib. Kobaxidzenin Azərbaycana ikinci, region ölkələrinə isə birinci səfəri olacaq.
















